Sentyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya Krallığı Xarici İşlər Nazirliyinin məsləhətçisi, beynəlxalq təhlükəsizlik sahəsində məşvərət şurasının nümayəndəsi, istefada olan general-leytenant Qarri Consonu qəbul edib.
Qonaqla bölgədə hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Braun iştirak edib.