Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2010 00:02

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan respublikaları hərbi qulluqçularının iştirakı ilə “ETERNITY – 2010” kompüter dəstəkli komanda-qərargah təliminə start verilib.
Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov müdafıə naziri Səfər Əbiyevin adından qonaqları salamladıqdan sonra bildirib ki, bu təlim 10 ildən artıqdır növbəli prinsipi ilə Azərbaycan, Türkiyə və Gürcüstan respublikalarında keçirilir. Komanda-qərargah təlimi açıq elan ediləndən sonra hər üç ölkənin dövlət himnləri səslənib.
Sentyabrın 20-dən 23-nə qədər davam edəcək “ETERNITY – 2010” kompüter dəstəkli komanda-qərargah təlimində Türkiyəni 12, Gürcüstanı 12, Azərbaycanı isə 20 nümayəndə təmsil edir.