Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2010 00:01

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbəri xanım Paskal Mej Vaqneri qəbul edib.  
Nazir Səfər Əbiyev Qırmızı Xaç Komitəsi ilə əlaqələrin  genişləndirilməsini diqqətə çəkərək bildirib ki, bu beynəlxalq qurumun indiki zamanda fəaliyyətini daha da gücləndirməsinə və öz missiyasına uyğun olaraq müharibə qurbanlarının vəziyyətilə daha yaxından məşğul olmasına böyük ehtiyac yaranıb.
Görüş zamanı nazir Səfər Əbiyevlə xanım Paskal Mej Vaqner arasında əsirlərin qaytarılması məsələsi də müzakirə olunub. Səfər Əbiyev iki Azərbaycan hərbçisinin meyidinin geri alınması üzərində xüsusilə dayanıb.