Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədə gərgin vəziyyət yenə də davam edir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 5-də saat 11:15-dən 11:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 07:25-dən 08:15-dək, 19:00-dan 19:25-dək, 20:45-dən 21:25-dək, sentyabrın 6-da 00:40-dan 01:15-dək, 00:45-dən 00:55-dək, 01:00-dan 01:20-dək, 03:45-dən 04:15-dək və 04:10-dan 04:30-dək Tərtər rayonunun Çiləbürt, Göyarx, Seysulan, Qızıloba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 13:00-dan 13:15-dək və sentyabrın 6-da saat 02:35-dən 02:55-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 22:50-dən 23:05-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 14:30-dan 15:00-dək, sentyabrın 6-da saat 03:30-dan 04:00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.