Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədə gərgin vəziyyət yenə də davam edir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 6-da saat 19:45-dən 21:10-dək və 23:30-dan 23:50-dək fasilələrlə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi;
- saat 14:00-dan 15:00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 13:30-dan 13:55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15:30-dan 15:45-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:10-dan 23:35-dək və 23:20-dən 23:40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:05-dən 23:40-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:30-dan 17:50-dək, 22:05-dən 22:40-dək, 22:45-dən 23:07-dək, sentyabrın 7-də saat 01:05-dən 01:30-dək, 05:50-dən 06:05-dək fasilələrlə Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Kəngərli, Şuraabad, Şıxlar və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.