Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədə gərgin vəziyyət yenə də davam edir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 7-də saat 21:30-dan 22:10-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 20:40-dan 21:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20:40-dan 21:05-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:10-dan 17:20-dək, 18:45-dən 19:00-dək, 21:55-dən 22:25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 18:45-dən 19:00-dək, sentyabrın 8-də saat 00:30-dan 00:50-dək və 05:20-dən 05:45-dək Ağdam rayonunun Qaraqaşlı, Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
-  saat 00:20-dən 00:40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.