Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 12-də saat 09:15-dən 09:35-dək, 17:25-dən 17:30-dək və sentyabrın 13-də saat 00:20-dən 00:40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- sentyabrın 12-də saat 08:10-dan 08:20-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:00-dan 21:25-dək və 21:10-dan 21:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:45-dən 23:00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.