Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədə gərgin vəziyyət yenə də davam edir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 14-də saat 13:05-dən 13:20-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 14:30-dan 14:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 20:40-dan 21:10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi;
- saat 09:05-dən 09:25-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20:45-dən 21:10-dək, 21:10-dan 22:00-dək, 22:00-dan 22:40-dək Tərtər rayonunun Yarımca, Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:25-dək, 23:45-dən 23:50-dək və sentyabrın 15-də saat 00:40-dan 00:45-dək Ağdam rayonunun Kəngərli, Qaraqaşlı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.