Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 22-də saat 17:10-dan 17:20-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Qazax rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi;
- saat 19:00-dan 19:20-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:30-dan 23:50-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:30-dan 23:50-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- sentyabrın 23-də saat 04:30-dan 04:40-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 04:28-dən 04:40-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.