Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanan Manvel Mamikonoviç Sarıbekyan barədə məlumat verilmişdir. M.Sarıbekyan oktyabrın 5-də gecə saat 3-də intihar etmişdir.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyidin xarici müayinəsi keçirilmişdir. Bu zaman müəyyən olunmuşdur ki, M.Sarıbekyan müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asmışdır.
Prokuror kriminalistin, məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə meyidin xarici müayinəsi zamanı M.Sarıbekyanın boyun nahiyəsində özünü asmağa tam xarakterik olan stranqulyasiya şırımı aşkar edilmişdir.  
Məhkəmə tibb ekspertinin ilkin rəyinə əsasən onun bədən səthində başqa heç bir xəsarət izi və ya zorakılıq əlamətləri aşkar olunmamışdır.
Araşdırma üzrə məhkəmə tibbi, məhkəmə trassoloji, məhkəmə kriminalisti və fiziki-kimyəvi ekspertizası təyin olunmuşdur. Hazırda fakt üzrə araşdırma aparılır və nəticəyə uyğun da qərar qəbul ediləcək.