AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyası Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Viktor Maslovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.