Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 4-də saat 19:30-dan 19:40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 20:25-dən 20:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- oktyabrın 5-də saat 00:10-dan 00:20-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:30-dan 02:45-dək və 05:20-dən 05:40-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05:30-dan 05:45-dək Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlatdan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.