Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 7-də saat 10:50-dən 11:00-dək, 17:25-dən 17:50-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 11:15-dən 11:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;   
- saat 19:25-dən 20:00-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;   
- saat 21:50-dən 22:35-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 11:15-dən 11:50-dək və oktyabrın 8-də saat 05:10-dan 05:20-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.