Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 8-də saat 10:35-dən 10:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 10:20-dən 10:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 11:50-dən 12:00-dək və 20:00-dan 20:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18:35-dən 18:40-dək və 21:30-dan 21:40-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- oktyabrın 9-da saat 00:05-dən 00:10-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:25-dən 00:45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.