Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-də saat 11:00-dan 11:30-dək və 16:20-dən 16:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15:50-dən 16:10-dək, 16:20-dən 16:30-dək və 21:15-dən 21:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:50-dən 17:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:15-dən 23:40-dək və oktyabrın 21-də saat 00:30-dan 01:10-dək, 05:05-dən 05:15-dək Tərtər rayonunun Çaylı və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 00:55-dən 02:10-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.