Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 21-də saat 08:00-dan 08:10-dək və 21:50-dən 22:00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:30-dan 17:00-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:40-dan 17:50-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat    17:50-dən 20:10-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 19:00-dan 19:30-dək, 19:35-dən 20:05-dək və oktyabrın 22-də saat 01:30-dan 01.45-dək Tərtər rayonunun Çaylı, Seysulan və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.