Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avstriya Respublikasının və Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri xanım Silvia Mayer-Kaybiçi və Arjen Peter Uijterlindeni qəbul edib.
Görüşlərdə regionda hərbi-siyasi vəziyyət və ölkələrarası hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Hər iki səfir müdafiə naziri Səfər Əbiyevə ölkələrinin yeni hərbi attaşesini təqdim edib.