Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 17-si saat 21:30 radələrində Tərtərin Borsunlu yaşayış məntəqəsinə doğru Ermənistan silahlı qüvvələri tərəfindən qrad qurğusudan atılan reaktiv qəlpəli fuqas mərmisi ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə müraciət edərək hadisənin araşdırılması üçün səy göstərməsini ondan xahiş etmişdir.
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi mərmi düşən əraziyə baxış keçirmək və yerli əhalinin fikirlərini öyrənmək üçün Gürcüstanın Tbilisi şəhərində yerləşən səhra köməkçilərindən birini oraya ezam edib. Səhra köməkçisi Antal Herdiç hadisənin bütün təfərrüatları ilə tanış olmuş və mərminin, həqiqətən, erməni mövqelərindən atıldığı təkzib olunmaz faktlarla onun nəzərinə çatdırılmışdır.
Müdafiə Nazirliyi cəbhədə ciddi gərginliyə səbəb olmuş bu hadisədən sonra ATƏT rəsmilərinin hansı addımlar atacağını diqqətlə izləyəcəkdir.