Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 19-da Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyevin Türkiyə Respublikası Jandarma baş komandanı, ordu generalı Necdət Özəllə görüşü olub.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri, hərbi-texniki sahədə əməkdaşlığın dinamikası və regiondakı vəziyyət müzakirə olunub.
Nazir Səfər Əbiyev bildirib ki, Azərbaycanla Türkiyənin siyasi və hərbi əlaqələri ən yüksək səviyyədədir və bundan sonra da bu əlaqələr genişlənməkdə davam edəcək.  
Ordu generalı Necdət Özəl isə vurğulayıb ki, güc birlikdədir və Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə ve səlahiyyətli səfiri Hulusi Kılıç iştirak edib.