Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 23-də saat 13:00-dan 13:35-dək və saat 14:35-dən 14:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 17:10-dan 17:15-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 18:10-dan 18:15-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 19:10-dan 19:15-dək, 20:40-dan 20:50-dək, 22:20-dən 22:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqeovit, Azatamut və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Cəfərli və Qızılhacılı kəndində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.