Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 24-də saat 22:00-dan 22:10-dək Ermənistan Respublikasının Noyemberyan və İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15:10-dan 15:12-dək və yanvarın 25-də 03:05-dən 03:20-dək Tərtər rayonunun Çaylı, Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.