Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Fevral 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 3-də saat 17:25-də Hərbi Hava Qüvvələrinə məxsus SU-25 hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Təyyarənin qabaq şassisi açılmadığından ekipaj bir neçə dəfə yerə enmək üçün təlimata uyğun bütün tədbirlərdən istifadə edib. Lakin şassi yenə də işə düşə bilməyib.
Bu müddət ərzində ekipaj komanda məntəqəsi ilə daimi əlaqədə olub. Sonda yerə enmək imkanı tükəndiyindən ekipaja təyyarəni yaşayış massivindən uzaqlaşdırıb katapult etmək əmri verilib. Təyyarə yaşayış massivindən 18 km aralıda boş əraziyə düşüb. Hadisənin səbəbləri araşdırılır.