Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 2-də saat 12:20-dən 12:25-dək, 22:55-dən 23:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimizi, saat 08:05-dən 08:09-dək Ağdam rayonunun işğal altındakı Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.