Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 27-də saat 16:05-dən 16:08-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi, saat 13:00-dan 13:10-dək, 14:35-dən 14:40-dək, 21:15-dən 21:25-dək, 00:05-dən 00:15-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15:20-dən 15:30-dək, 19:35-dən 19:45-dək, 19:55-dən 20:10-dək, martın 28-də saat 01:40-dan 01:55-dək, 03:20-dən 03:35-dək və 05:05-dən 05:15-dək Ağdam rayonunun Şuraabad, Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.