Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfındən ciddi tədbirlər həyata keçirilir. Ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların dərhal aradan qaldırılması bu prosesdə başlıca məsələ kimi diqqət mərkəzində durur. Bu məqsədlə nazirliyin Təşkilat-səfərbərlik idarəsində “qaynar xətt” yaradılıb. Həmçinin çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları “qaynar xəttin” bu telefon nömrələrinə 438-61-10, 439-90-28, 439-23-55 zəng edə bilərlər.
Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən “etimad xəttinin” telefon nömrələrinə 438-61-31, 438-61-74, 439-23-76 zəng etmələri xahiş olunur.