Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.
Görüşdə ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin gedişatı və inkişaf perspektivləri müzakirə edilib, eyni zamanda təxirə salınmış “Regional cavab - 2011” birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə də danışılıb. Bundan başqa enerji infrastrukturunun təhlükəsizliyi haqda da fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik Melvin Duqlas Saks iştirak edib.