AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 21-də saat 01:00-dan 01:10-dək, 02:00-dan 02:15-dək və 04:20-dən 04:30-dək Füzuli rayonunun Qorqan, Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.