AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 21-də saat 11:50-dən 11:55-dək, 19:30-dan 19:45-dək, 00:10-dan 00:20-dək, 00:20-dən 00:30-dək və 01:30-dan 01:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə Qaraxanbəyli, Aşağı Ədürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.