Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 29-da saat 12:00-dan 12:35-dək, 12:55-dən 13:05-dək, 13:20-dən 13:30-dək, 13:45-dən 14:00-dək, 15:30-dan 15:35-dək, 15:45-dən 15:55-dək, 18:00-dan 18:10-dək və 19:05-dən 19.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 30-da saat 00:15-dən 00:20-dək və 00:15-dən 00:25-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.