Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Respublikasının müdafiə naziri Baçana Axalayanın Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Şəhidlər  xiyabanında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra gürcüstanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniştərkibli görüşdə müdafiə nazirləri ölkələr arasındaki hərbi əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri və bölgədə hərbi-siyasi durum barədə fikir mübadiləsi aparıblar.
Sonra nazirlər arasında təkbətək görüş keçirilib.