Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 22-də saat 12:55-dən 13:00-dək və 22:50-dən 22:55-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21:00-dan 21:35-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21:05-dən 21:15-dək və mayın 23-də saat 00:10-dan 00:20-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01:15-dən 01:25-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.