Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 1-də saat 01:15-dən 01:20-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01:20-dən 01:35-dək və 02:10-dan 02:30-dək Ağdam rayonunun Sarıcalı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01:00-dan 01:20-dək və 05:25-dən 05:35-dək Tərtər rayonunun Çaylı və Qızıloba kəndləri yaxınlığında yerləşən  mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.