AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 7-də saat 21:30-dan 21:45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 8-də saat 00:10-dan 00:30-dək və 00.20-dən 00:40-dək Ağdam rayonunun Qaraqaşlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.