AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 10-da saat 01:30-dan 01:45-dək və 02:20-dən 02:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01:20-dən 01:40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.