AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 12-də saat 21:05-dən 21:10-dək, 23:50-dən 23:55-dək, iyunun 13-də 00:44-dən 00:50-dək, 01:45-dən 01:50-dək və 05:45-dən 05:50-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01:30-dan 01:38-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.