Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyun 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 15-də saat 13:25-dən 13:55-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11:30-dan 11:35-dək və iyunun 16-da saat 01:30-dan 01:35-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01:10-dan 01:25-dək və 01:40-dan 01:55-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.