AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib.
Nazir Səfər Əbiyev yeni təyinatına görə səfiri təbrik edib. Görüşdə Ukrayna ilə Azərbaycan arasında hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.