İyunun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Kabul Berdiyevin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra özbəkistanlı qonağın Müdafıə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniş tərkibli görüşdə müdafiə nazirləri Azərbaycanla Özbəkistan arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişafı və bölgədə hərbi-siyasi vəziyyət barədə geniş fikir mübadiləsi aparıblar. Sonra nazirlər arasında təkbətək görüş keçirilib.