Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 23-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollenderi qəbul edib.
Ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayan Azərbaycanın müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanın yaratdığı problemləri qonağın diqqətinə çatdırıb.
Xanım Vollander də öz növbəsində ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə iştirak edən ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ölkəsinin Azərbaycan Respublikasına təyin etdiyi yeni hərbi attaşesi polkovnik Daniel Qrillonu nazir Səfər Əbiyevə təqdim edib.