Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyun 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması məqsədilə nazirliyin Təşkilat-səfərbərlik idarəsində “qaynar xətt” yaradılıb. Həmçinin çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları “qaynar xəttin” bu telefon nömrələrinə 438-61-10, 439-90-28, 439-23-55 zəng edə bilərlər.
Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən “etimad xəttinin” telefon nömrələrinə 438-61-31, 438-61-74, 439-23-76 zəng etmələri xahiş olunur.