Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.
Görüş zamanı nazir Azərbaycanın müstəqillik qazandıqdan sonra Avropa ilə sıx əlaqələrindən və hərbi əməkdaşlıq məsələlərindən qonağa ətraflı məlumat verib. Bölgədə gərgin hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının işğalına şərait yaradan səbəblər, nəticədə bir milyon soydaşlarının öz doğma yurdundan didərgin düşməsi və digər problemlərdən söhbət açılıb.
Nazir S.Əbiyev qeyd edib ki, Minsk Qrupunun vasitəçiliyi hələ ki, konkret bəhrəsini verməyib və Azərbaycana qarşı ikili standartlar bu gün də mövcuddur. Müdafiə naziri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin indiyədək yerinə yetirilmədiyini qonağın diqqətinə çatdırıb və Avropa İttifaqının konfliktin həllində səylərini artıracağına ümid etdiyini bildirib.