Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 6-da ölkəmizə işgüzar səfərə gələn Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovla Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.
İki qardaş ölkə və xalqlar arasında tarixi bağlılıqdan söhbət açan nazirlər əlaqələrin daha sıx perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsi görüşdə əsas müzakirə mövzusu olub. Həmçinin nazir Səfər Əbiyev həmkarını bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasəti haqda da məlumatlandırıb.