AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.
Təyinatı ilə bağlı Koray Tarqayı təbrik edən müdafıə naziri müxtəlif sahələrdə Azərbaycanla ATƏT-in əlaqələrindən danışıb.
Görüş zamanı regionda mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.