Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması məqsədilə nazirliyin təşkilat səfərbərlik idarəsində “qaynar xətt” yaradılıb. Çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları 1 oktyabr 2011-ci il səhər saat 09.00-dan etibarən “qaynar xəttin” bu telefon nömrələrinə 538-61-10, 539-90-28, 539-23-55 zəng edə bilərlər.
Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən “etimad xəttinin” telefon nömrələrinə 538-61-31, 538-61-74, 539-23-76 zəng etmələri xahiş olunur.