Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 4-də saat 20:05-dən 20:20-dək və sentyabrın 5-də saat 01:10-dan 01:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00:15-dən 00:35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05:40-dan 05:50-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.