Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 6-da saat 16:00-dan 16:15-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 21:30-dan 21:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21:40-dan 21:50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən,  saat 19:20-dən 19:30-dək, 23:20-dən 23:40-dək, 23:45-dən 00:00-dək və sentyabrın 7-də saat 00:05-dən 00:30-dək Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.