Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədə vəziyyət yenidən gərginləşib.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 11-də saat 08:40-dan 08:50-dək və 12:28-dən 12:30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 18:15-dən 18:30-dək və 23:30-dan 23:40-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi, saat 19:30-dan 19:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23:45-dən 23:55-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 12-də saat 01.00-dan 01.15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02:30-dan 03:00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.