Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-də saat 16:50-dən 17:10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:40-dan 22:55-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.