AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.
Görüşdə ABŞ-la Azərbaycan arasında hərbi əlaqələrin perspektivləri, regionda hərbi-siyasi vəziyyət və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.