AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Niderland Krallığının keçmiş müdafiə naziri Villem Frederik van Eekeleni qəbul edib.
Görüş zamanı regionda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlinde iştirak edib.